
ABŞ-ın Santa-Monika şəhərində “ABŞ kinotənqidçilərinin seçimi” mükafatı təqdim olunub. Leonardo Di Kaprio və Bri Larson ABŞ kinotənqidçilərinin mükafatına layiq görülüb. L.Di Kaprio "Sağ qalmış" və B.Larson "Otaq" filmlərindəki rollarına görə mükafatlandırılıblar. Artıq bu rollar onlara həm “Qızıl qlobus”, həm də “Oskar” mükafatı üçün nominasiya qazandırıb. İkinci planda ən yaxşı kişi rolu nominasiyasında kinotənqidçilərin mükafatı “Krid: Rokki irsi” filmindəki roluna görə Silvestr Stalloneyə verilib. İkinci planda ən yaxşı qadın rolu nominasiyasında isə “Danimarkalı qız” filmində rol alan Alisiya Vikander fərqlənib. Tənqidçilərin ən yaxşı rejissor seçimi isə Corc Millerin “Dəlisov Maks: Qəzəb yolu” filmi olub. Ən yaxşı ssenarili film kimi “Diqqət mərkəzində” mükafat alıb. Tom Makkartinin bu filmi “ən yaxşı film” nominasiyasında da mükafata layiq görülüb. Mükafat tərkibində təqribən 250 nəfərin olduğu Kinotənqidçilər Assosiasiyası tərəfindən təqdim edilir. Burada, adətən, fevralda keçiriləcək "Oskar" mükafatına namizədlərin ilkin yarışması aparılır. [gallery ids="13007,13009,13008,13006,13010,13011,13012"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür