senetaz

Həsən Əliyev 80 D

19 Avqust 2024 2357

Alen Delon vəfat etdi

Alen Delon vəfat etdi

Məşhur fransız aktyor, rejissor, prodüser, ssenarist olan Alen Delon vəfat edib.

“Report” xəbər verir ki, aktyor 88 yaşında dünyasını dəyişib.

1935-ci ildə dünyaya gələn Alen Delon 1957-ci ildən başlayaraq, kinoda şöhrət qazanıb. O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.