Üç gecədi ay görünmür.
Buludlar tutub önünü,
bəlkədə gizlənib buludların arxasında.
Onu görməyə çox ehtiyacım var.
Şəhadət gətirən biri kimi
olum-ölüm arasında.
Bu gecədə yoxdu ay
əvəzində qar yağır bəyaz-bəyaz.
Qorxuram bu qar yox, ay ola
parçalanıb səpələnə yerüzünə
biraz-biraz.
Uşaqlar "qar adam" yox,
"ay adam" düzəldələr.
Hamı bir an uşaqlaşa,
ay üstündə sürüşələr.
Ay islada torpaq üstə dirimizi,
torpaq altda ölümüzü.
Ağ yağsada bükə qara əskiyə,
bükə rəngsiz günümüzü.
Yolumuzu ay kəsə,
Evimizi ay yıxa.
Bu gecə ölsəm əladı,
səhərdə dəfn edərlər üstümə
ay yağa-yağa.Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür