Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildə başlanılmış “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.
Bu günlərdə layihə üzrə görkəmli yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanının nəşri başa çatdırılıb.
Nazirlikdən bildirilib ki, Azərbaycan əsilli, şair-yazıçı Yurtseven Şenin türkcəyə çevirdiyi roman “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunub.
Bu günə qədər layihə əsasında Yusif Vəzir Çəmənzəminlinin “Qan içində. İki od arasında”, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” və Yusif Səmədoğlunun “Qətl günü” əsərləri Türkiyəli kitabsevərlərə təqdim olunub.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür