
(uşaqların dilindən)
Bir gün bərk xəstələndim,
Hərarətim yüksəldi,
Tez xəbər verdi anam,
Yanıma həkim gəldi.
Səhhətimi yoxlayıb
Bir neçə dərman yazdı,
Dedi, amma dərmanlar
Sağlamlıq üçün azdı.
Sağlam, güclü olmaqçın
Yüyür, tullan, gəz dedi,
Hər səhər idman elə,
Dağa dırmaş, üz dedi.
Həkimin sözlərinə
İndi əməl edirəm:
Atam maşın sürsə də,
bağçamıza həmişə
pay-piyada gedirəm.
O demişdi çox yemək,
şişman olmaq, kökəlmək
adamı xəstə salır,
O gündən xörəyimin
yarısı boşqabda qalır.
O demişdi, hər kimin
beli çox nazikdirsə,
ömrü uzun olacaq.
Elə o gündən bəri
mənim hər işim-gücüm
olub halqa fırlatmaq.
Demişdi dərmandansa
Şən zarafat, şirin söz
Yaxşı təsir eyləyir,
Daha xəstələnəndə
Nənəm mənə gah nağıl,
Gah lətifə söyləyir.
Dəyərli sözlərin üçün
Çox sağ ol, həkim baba,
Sənin kimi loğmanı
Kim sevməz ki kim, baba?!
İmarət CƏLİLQIZI

Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür