
Dekabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Dünəndən sabaha boylanan Bakı” adlı fotosərgi açılıb.
Senet.az-ın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Fotoqraflar Birliyinin və "Fujifilm - Azərbaycan" şirkətinin dəstəyi ilə baş tutub.
Sərginin kuratoru, kinooperator, fotoqraf, Əməkdar İncəsənət Xadimi Rafiq Qəmbərov qonaqlara sərgi barədə məlumat verib. Bildirib ki, sərgi Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda regional incəsənət və mədəniyyət layihəsi” çərçivəsində reallaşdırılır.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Dekabrın 13-dək davam edəcək fotosərgidə Azərbaycan Fotoqraflar Birliyinin üzvləri Rafiq Qəmbərov, Rauf Umud, Məhəmməd İsmayılov, Mirnaib Həsənoğlu və Vüqar İbadovun ümumilikdə 100-ə yaxın fotosu nümayiş olunur.
[gallery ids="19307,19308,19309,19310,19311,19312,19313,19314"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür