Bu günlərdə Romada “Tedi Editore” nəşriyyatı Elçinin məşhur “Teleskop”, “Mənim sevimli dəlim” və “Şekspir” tragikomediyalarından ibarət kitabı nəfis şəkildə nəşr olunub.
AZƏRTAC xəbər verir ki, pyesləri italyan dilinə Monika Puqlia tərcümə edib.
Kitabdakı “Ön söz” müəllifi görkəmli alim və ictimai xadim, akademik, Milan Dövlət Universitetinin professoru Stefano Bruno Gallidir. O yazır: “Elçinin müasirliyi müasir dramaturqlar arasında məni xüsusilə heyrətləndirdi”.
Professor, eyni zamanda vurğulayır ki, bu əsərlərin mövzusu ümumbəşəridir. Kitabda ədəbiyyatşünas Jan Pertin Elçinin həyat və yaradıcılığı haqqında yazdığı ətraflı məlumat da çap edilib.
Qeyd etmək lazımdır ki, bir müddət bundan əvvəl Xalq yazıçısının “Baş” romanı da Romada italyan dilində nəşr olunub və böyük maraqla qarşılanıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür