Gənc yazar Vasif Əlihüseynin “Qanun” nəşriyyatında “Divara yazılmış AZADLIQ sözü” adlı kitabı dərc olunub. Kitabda gənc yazarın şeir və esseləri toplanıb. Kitabın redaktoru və ön sözün müəllifi Məlahət Yusifqızıdır.
Vasif Əlihüseynin oxucularla ikinci görüşü olan bu kitabda ictimai – siyasi, vətənpərvərlik notları ilə yanaşı, haqq – ədalət, sevgi motivləri də önə gəlir.
Senet.az kitabda yer alan şeirlərdən seçmələri təqdim edir:
Azadlıq
Azadlıq,
başqa bir varlıqdı, dostum!
Azadlıq üçün haykıranların
gözlərinə
gözyaşardıcı qaz püskürür zaman.
Gəl, gedək dostum!
Gəl, gedək!
Nə qədər ki, zamanın dəyənəyi
kürəyimizə dəyməyib.
Gəl gedək,
divara yazılmış
“Azadlıq” sözünü
ürəyimizdə oxumağa.
Şəhidlər üçün
Bu yazı hardan yazılıb,
bu acı yüz dərd bitirir.
Oğlunu itirmiş anam,
məzara köynək gətirir.
Qoy başını bu şəkilə,
bu şəkilin üzündən öp.
Bu şəkilin biri azdı,
bu şəkilin yüzündən öp.
Öldü qurtardı adamlar,
o da bəy-gəlindi Allah.
Bu qədər canından keçən
bəs sənin nəyindi Allah?
Komputer önündə səni düşünərkən
Yadımdan çıxmırsan nə edim axı,
payız da yağışın, qış da qarımın.
Mən hansı küçəyə baxsam nə fayda,
reklam lövhəsisən qayğılarımın.
Durub, taleyimə baxıram indi,
səni sevməsəydim, gülə bilərdim.
Ürəyim komputer yaddaşı olsa,
mən ordan adını silə bilərdim.
Geriyə dönməyə çalışma daha,
bəlkə gənc olmuşam, yolu azmışam.
Mənə eylədiyin xəyanət üçün,
ömrümə ən yeni virus yazmışam.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür