Lənkəran Regional Mədəniyyət İdarəsi Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş "Hər misram söyləyər: Burada... buradadır!" adlı teatrlaşdırılmış ədəbi-bədii kompozisiyanı təqdim edib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzinin "Vaqif" dram truppasının Mehdi Hüseynin "Nizami" pyesinin motivləri əsasında hazırladığı kompozisiyada Ürgə kənd Yaradıcılıq evinin bədii rəhbəri, müğənni Elgün Əlizadə və mərkəzin "Ay lolo" rəqs qrupunun bir-birindən maraqlı nömrələri alqışlarla qarşılanıb.
Tədbir çərçivəsində Lənkəran şəhər Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə kitab sərgisi də təşkil olunub.
Sonda Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov çıxış edərək Mədəniyyət Mərkəzinə, həvəskar aktyor truppasına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, kompozisiyada Nizami obrazını Şağlaser kənd Sənətkarlıq klubunun əməkdaşı Əli Əkbərov, Afaq rolunu Kənarmeşə kənd Sənətkarlıq evinin müdiri Ofeliya Əliyeva canlandırıblar. Digər rolları Mənsur Hacıyev, Elnarə Abdullayeva və Nurlan Şiriyev ifa ediblər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür