senetaz

Həsən Əliyev 80 D

07 Mart 2017 230

“Molla Pənah Vaqif” kitabı nəşr olunub

“Molla Pənah Vaqif” kitabı nəşr olunub

 
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Molla Pənah Vaqif” adlı kitab nəşr olunub.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Senet.az-a verilən məlumata görə, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun müəllifi olduğu kitab Azərbaycan prezidentinin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar çap olunub. Yeni nəşrdə Molla Pənah Vaqifin yaradıcılığı geniş aspektdə təhlil edilir. İngilis dilində xülasənin daxil edildiyi kitab “Renessans-A” Nəşriyyat Evində çap olunub.

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində kitabın geniş təqdimatı keçiriləcək. Şöbədən bildiriblər ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanacaq.