Mayın 27-də mərhum gənc yazıçı Mövlud Mövludun "Çətirsiz" adlı hekayələr kitabının təqdimatı keçiriləcək.
Senet.az-ın verdiyi xəbərə görə, saat 12-dən 14-dək davam edəcək təqdimat mərasimi M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında olacaq.
Kitabın satışından əldə olunan gəlir Mövlud Mövludun övladına bağışlanacaq.
Xatırladaq ki, Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən “Çətirsiz”in tərtibçisi Kəramət Böyükçöl, redaktoru Ağa Cəfərlidir.
Tanınmış yazıçı Kamal Abdullanın ön sözü ilə açılan kitabda Mövlud Mövludun hekayələri və məqalələri toplanıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür