Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, TÜRKSOY-un, Azərbaycan-Braziliya dostluq qrupunun sədri, senator Kristovam Buarkenin dəstəyi, Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı səfirliklərinin təşkilatçılığı ilə ortaq türk mədəniyyətinin təbliğinə dair silsilə tədbirlər çərçivəsində Braziliya Milli Konqresində Nizami Gəncəvinin portuqal dilinə tərcümə edilmiş aforizmlərindən ibarət kitabın təqdimetmə mərasimi keçirilib.
Azərbaycanın Braziliyadakı səfirliyindən Senet.az-a bildiriblər ki, "Zaman üzərindən bir körpü” adlı nəşrdə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin əsərlərindən seçilmiş aforizmlər ictimaiyyət arasında Azərbaycan ədəbiyyatına maraq oyadıb.
Tədbirdə parlamentarilər, diplomatik korpusun üzvləri, ictimaiyyətin, elmi dairələrin və mətbuatın nümayəndələri iştirak ediblər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür