Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin ölməz “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunub. Teatrın mətbuat xidmətindən Senet.az saytına məlumat verilib ki, “O olmasın, bu olsun” komediyası tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanıb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Mükafatını qazanmış bu tamaşa Musiqili Teatrın repertuarındakı ən çox uğur qazanan səhnə əsərlərindən biridir. Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır. Tamaşada əsas rolları Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Hüseyn Əlili, Elməddin Dadaşov, Fərid Rzayev və başqaları ifa ediblər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür