“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi rus dilində “Qarabağın təbiəti və ekologiyası” sənədli filminin hazırlanması layihəsini başa çatdırıb.
İctimai birlikdən Senet.az-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşan layihə çərçivəsində rus dilində “Qarabağın təbiəti” adlı sənədli film çəkilib.
Layihə 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətraf rayonlarında apardığı terror və işğal siyasəti nəticəsində Qarabağın təbiətinə dəymiş ziyan haqqındadır. Qarabağın füsunkar təbiəti barədə də filmdə geniş söhbət açılır.
Qeyd edək ki, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi bundan əvvəl 3 dildə “Qarabağ abidələri”, “Qarabağ yaddaş” kitablarını, ingilis dilində “Qarabağın Xristian abidələri”, “Qafqazın konservatoriyası”, “Qarabağın mədəniyyət xəzinələri”, ingilis və rus dillərində “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər” və “Qarabağ müharibəsi: xronika (1988-94)” filmlərini hazırlayıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür