“Qırmızı bağ” bədii filmi Avstriyanın “LET’S CEE” Beynəlxalq Film Festivalının “İddialı debüt” müsabiqə proqramına dəvət alıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Senet.az-a bildirilib ki, festival martın 21-dən 27-dək Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli “Qırmızı bağ”ın Avstriya təqdimatında iştirak edəcək.
Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.
Ekran əsərinin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).
Filmdə rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar.
Qeyd edək ki, film Qazaxıstan, Almaniya, Misir, Türkiyə, Banqladeş və Bolqarıstanda keçirilən beynəlxalq film festivallarında iştirak edib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür