İyunun 15-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Milli Qurtuluş Gününə həsr edilən gecə keçiriləcək.
Senet.az teatrın saytına istinadla xəbər verir ki, tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı, onun incəsənətə, dramaturgiyaya və teatra münasibətilə bağlı yaxın keçmişə qısa tarixi ekskurs olacaq. Daha sonra bu mövzunun davamı kimi ulu öndər Heydər Əliyevin yaradıcılığını yüksək qiymətləndirdiyi M.F.Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə teatrın baş rejissoru, Azərbaycanın Xalq Artisti Aleksandr Şarovskinin quruluşunda “Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” tamaşası nümayiş etdiriləcək.
Teatrın aparıcı və gənc aktyorlarının rol aldığı bu tamaşada Əməkdar İncəsənət Xadimi Vaqif Gərayzadənin orijinal müəllif musiqisi, Xalq Artisti Aleksandra Nikuşinanın şeirləri səsləndiriləcək.
Səhnə əsərinin xoreoqrafiyası Əməkdar Artist Fuad Osmanovundur. Tamaşa üçün kostyumları Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova hazırlayıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür