Noyabrın 29-da “Fairmont Baku” otelində yerləşən “İMAX Cinema” kinoteatrında Metropoliten Operanın Fransa bəstəkarı Kamil Sen Sansın məşhur “Samson və Dalila” operası nümayiş olunub.
Senet.az xəbər verir ki, operanın nümayişindən əvvəl ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Haydi Smit çıxış edərək iki ölkə arasında mədəni əlaqələrdən danışıb.
Daha sonra nümayiş olunan tamaşa barədə H.Smit deyib: “Metropoliten Operanın (MET) 2018-2019-cu illər mövsümünün “HD ilə canlı” proqramını Azərbaycanda açıq elan edirik. Nyu-York şəhərində yerləşən Metropoliten Opera tamaşalarının dünya üzrə nümayişi ənənəsi 2006-cı ildən başlayıb, layihədə 70 ölkə iştirak edir. Bu il 2200-dən çox teatr layihəyə qatılıb. MET-in peşəkar tamaşaları hər yerdə təqdim olunur. MET-in təsirli “Samson və Dalila” tamaşası məşhur opera ulduzlarının iştirakı ilə qurulub. Operada Elina Qarança (Dalila), Robero Alaniya (Samson) və azərbaycanlı Elçin Əzizov (Abimeleç) çıxış ediblər”.
Sonra tamaşa təqdim edilib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür