senetaz

Həsən Əliyev 80 D

13 Mart 2015 241

Sevgilim - Şəhla Ramazanqızının ŞEİRİ

Sevgilim -  Şəhla Ramazanqızının ŞEİRİ

selisÖzgə barmağına üzük taxanda.
Qəlbimə tuşladın oxu Sevgilim.
Gözümdən nisgilin yaşı axanda,
Unut söylədilər çoxu Sevgilim.

 

Bu kövrək qəlbimə hopdun və getdin,
Könlün ehtiyacın tapdın və getdin,
Ürəkdən damartək qopdun və getdin,
Yerin sızıldayır axı Sevgilim.

 

Təbəssüm eləyən üzünü gördüm,
Sevgi nuru saçan gözünü gördüm,
Qəlbində alışan közünü gördüm.
Sən demə, görürəm yuxu” Sevgilim”

 

Özünü duyğusuz biritək göstər,

Məzara atılmış diritək göstər,

Cənnətin iz düşməz yeri tək göstər,

Hıçqıra-hıçqıra oxu Sevgilim.