
Dekabrın 22-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəsm qalereyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb. Sərgidə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Kamal Əhməd, Gürcüstan Rəssamlar İttifaqının sədri Guram Terstvadze, Gia Mrkozaşvili, Xatuna Sonqulaşvili, Tamaz Mixedlişvili, Teymuraz Kiknavelidze, heykəltaraş Merab Xutaişvilinin 25-dən çox əsəri nümayiş etdirilib.
Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyinin əməkdaşları, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, iş adamları, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Guram Terstvadze AZƏRTAC-a müsahibəsində deyib: “Azərbaycan və gürcü xalqları arasında çox mehriban dostluq əlaqələri var. Münasibətlərimizin inkişafında incəsənət və mədəniyyət xadimlərinin də rolu böyükdür. Bu yaxınlarda Bakıda gürcü rəssamlarının əsərlərinin sərgisi təşkil olunmuşdu. Bu gün isə Gürcüstan Rəssamlar İttifaqı muzeylə birgə yeni bir sərgi təşkil edib və bu sərgi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub. Düşünürəm ki, bu cür tədbirlər təkcə mədəni əlaqələrimizin deyil, bütövlükdə münasibətlərimizin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edir”.
Səfir Faiq Quliyev sərginin təşkilini yüksək qiymətləndirib, təşkilatçılara təşəkkür edib. Bildirib ki, Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərginin təşkili ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyəsinin və bizim möhkəm dostluğumuzun bariz nümunəsidir.
Qeyd edək ki, Kamal Əhmədin yağlı boya ilə çəkdiyi “Leyli və Məcnun” əsəri böyük marağa səbəb olub.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür