
Ukraynanın birinci xanımı Olena Zelenskaya "Hədəf Nəşrləri"ndə çap olunan kitabla bağlı paylaşım edib.
Qeyd edək ki, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Katerina Tarletska və Dmitro Kuzmenkonun ukrayncadan Azərbaycan dilinə tərcümə olunmuş, “Hədəf Nəşrləri”ndə işıq üzü görən “İqlim sənin əlindədir” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Ukrayna səfiri Yuriy Husyev, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq, ukraynalı millət vəkili Serhiy Naqornyak, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy çıxış ediblər.
Çıxışçılar bu kimi kitabların hər iki ölkənin mədəni-ədəbi əlaqələrinin inkişafına töhfə verməsi ilə yanaşı, yeniyetmə və gənclərin planetin gələcəyinə yanaşmalarının müsbətə doğru dəyişməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıblar.
Ukraynanın birinci xanımı təqdimat haqqında öz instaqram hesabında ətraflı məlumat və şəkillər paylaşıb, bu kimi tədbirlərə öz dəstəyini ifadə edib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür