“Hədəf” Nəşrlərinin təsisçiliyi ilə “Ustad” adlı yeni ədəbiyyat və sənət dərgisi işıq üzü görəcək. Fevralın 2-də, Senet.az saytının 1 yaşında oxuculara təqdim olunmağı nəzərdə tutulan jurnalın baş redaktoru f.ü.f.d., dos. Şəmil Sadiq, redaktoru isə f.ü.f.d. Nərgiz Cabbarlıdır. Dərgi müasir və klassik ədəbi və sənət nümunələrini özündə əks etdirəcək, dünya trendlərini Azərbaycan oxucusuna çatıracaq. Jurnalda həmçinin tanınmış imzaların köşə yazılarına, yerli yazarlardan bədii nümunələrə, dünyaca məşhur müəlliflərdən tərcümələrə, sənət söhbətlərinə yer veriləcək. “Ustad” dərgisi gənc müəllifləri də əməkdaşlığa çağırır. Gənclərin mətbuatda dərc olunmamış əsərlərini və məqalələrini hər ay çap edəcək. Bunun üçün yazılarını dərgidə görmək istəyənlər info@senet.az email adresi vasitəsilə müraciət edə bilərlər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür