
Senet.az elektron dərgisi miniatür rəssamı Pərinisə Əsgərova ilə söhbəti təqdim edir.
-Pəri xanım, miniatür sənəti ilahi eşqlə nə dərəcədə bağlıdır?
-Miniatür proses zamanı bizi bu dünyadan ayırır və daxilimizi təmizləyirsə demək ki, eşqlə çox bağlıdır. Miniatur – bitməsini istəmədiyim sehrli nağıldır.
-Çəkdiyiniz miniatürlərdə insanlara ən çox nəyi çatdırmaq istəmisiniz?
-Özümü sevən adam deyiləm. Amma işləyəndə özümü və insanları sevirəm, daxilim təmizlənir və istəyirəm ki, o sevgini və təmizliyi insanlara çatdıra bilim. Amma vicdanla desəm, mən daha çox öz daxilim üçün işləyirəm.
-Yuxarıda “özümü sevən adam deyiləm” dediniz. Əgər belədirsə “öz daxilim üçün işləyirəm” ifadəsindəki batin nədir? Bu öz içinizdəki “sənət tanrısı”na xidmətdirmi , yoxsa necə?
-Məncə, məni idarə edən daxilimdəki qüvvə, məndən güclüdür. O məni günahlara sürükləyib özümü sevməyə qoymasa da, məni sənətimə qul edib, həm də özümə sevdirir.
-Demək ki, miniatür sənətini Tanrıya çatmaq üçün bir qulluq qapısı adlandırsaq yanılmarıq.
-Məncə də.
-Əsərləriniz ən çox savaş mövzulu olur. Bunun bir səbəbi varmı?
-Ən çox deməzdim, amma bir neçə əsərimdə savaş əks olunub. Savaşlar heç bitmir ki… Savaş hər yerdə var – dünyada, həyatda, ailədə və daxilimizdə . Daxili rahatlığı olan insan, dünyanın dağılmasını belə rahat qarşılayır.
-Şərqin ən gözəl miniatür sənət nümunəsini kimlər yaradıb?
-Türklər. Bir nəçə miniatür növü var. Ən mükəmməl olan Təbriz miniatür məktəbidi.
-Nə gözəl. Miniatür sənəti hansı növlərə bölünür?
-Yapon, Osmanlı, Çin və Hind miniatürləri var.
-İlk miniatür harada yaranıb?
-Təbriz məktəbinin qrafikası çin -uyğur rəssamları ilə gəlirsə dəmək ki, Çində yaranıb.
-Müsair dövrdə miniatür sənətinə olan diqqət, qayğı sizi qane edirmi?
-Xeyr. Azərbaycanda miniatur unudulmağa doğru gedir. Türkiyədə vəziyyət daha yaxşıdı. Onlar yaşadır. Amma Təbriz məktəbini unutmaq sadəcə günahdı.
-Müasir miniatür rəssamlarımız çoxdurmu?
-Məncə, çox deyil
-Senet.az olaraq sizə təşəkkür edirik , Pəri xanım. Biz senet.az dərgisi olaraq miniatür sənətinin yaşadılması, qorunması, onun gənc nəsillərə çatdırılması istiqamətində üzərimizə düşən vəzifəmizi yerinə yetirməyə çalışacağıq. Var olun. Sənətdən ayrılmayın.
-Diqqətiniz üçün təşəkkür edirəm.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür